BİZİM SAYTA XOŞ GƏLMİSİNİZ!

HAQQIMIZDA

BF Home Cehizlik mağazalar şəbəkəsi 2005-ci ildən fəaliyyət göstərir. BF Home müştərilərinə Türkiyənin Avropada tanınmış markalarının Qazan-Tava, Yemək, Qaşıq-Bıçaq, Çay, Şüşə dəstlərini təqdim edir. BF Home mağazalarında Öncü, Saflon, Safinox, Nehir, Falez, BF Home markalarının məhsulları təklif olunmaqdadır. Mağazalarımız Sədərək ticarət mərkəzində növbəti ünvanlarda yerləşir.

  • Sədərək T/M, 13-cü sıra 104-105 mağaza
  • Sədərək T/M, 14-cü sıra 17-19 mağaza

ÇATDIRILMA VƏ ZƏMANƏT

BF Home olaraq 100 manatdan yuxarı alış-verişlərdə Bakı ərazisində ödənişsiz çatdırılma xidməti göstəririk. 100 manata qədər alış-verişlərdə isə çatdırılma haqqı 9 manatdır.

  • Sifarişin qəbulu hər gün saat 10:00 – 19:00-dək həyata keçirilir.
  • Çatdırılma 1 gün ərzində həyata keçirilir.
  • Müştərilərimiz istər internet vastəsi ilə istərsə də zəng etməklə sifarişlərini verə bilərlər.
  • Məhsul sifariş olunduqdan sonra operator sizinlə qısa müddət ərzində əlaqə saxlayır. Ünvan, çatdırılma forması və vaxt bir daha dəqiqləşdirilir və təsdiqlənir.
  • Ödəniş nağd həyata keçirilir.

Şirkətimiz eyni zamanda bütün məhsullara marka və modellərindən asılı olaraq 1 və 2 illik zəmanət şərtləri tətbiq edir. Məhsullarımızda hər hansı bir nöqsan və natamamlıq aşkarlanarsa şirkət tərəfindən verilən rəsmi kassa çekləri ilə məhsullar qaytarıla və yaxud dəyişdirilə bilər.


MƏXFİLİK SİYASƏTİ

Hörmətli istifadəçi, məlumatlarınızın məxfiliyinin qorunması BF Home üçün çox vacib amillərdən biridir. Nəzərinizə çatdırırıq ki, BF Home “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ad, soyad, elektron poçt ünvanı, telefon nömrəsi və/və ya bu kimi şəxsi məlumatları digər üçüncü şəxsə və ya quruma ötürmür. BF Home şəxsi məlumatlarınızı yalnız xidmətlərimiz və şirkət haqqında xəbərlər, eləcə də yeniliklər barədə sizi məlumatlandırmaq məqsədilə əlaqə üçün istifadə edəcək.

Bu “Məxfilik Siyasəti” BF Home tərəfindən idarə olunan www.beyazfalez.az veb-saytında toplanan məlumatlara aiddir. BF Home sizin “istifadəçi” (sadəcə veb-sayta daxil olan istifadəçi) və ya “üzv” (qeydiyyatdan keçmiş istifadəçi) olmağınızdan asılı olmayaraq, məlumatlarınızın məxfiliyinə daim diqqətlə yanaşır və sizə aid fərdi məlumatların mühafizəsini təmin edir. Saytdan istifadə etməklə, əlaqə vasitələrinizi daxil etməklə və ya qeydiyyatdan keçməklə, siz bu “Məxfilik Siyasəti” və onun şərtləri ilə razılaşdığınızı təsdiqləmiş və “Fərdi məlumatlar haqqında” Qanunun 8.1-ci maddəsinə uyğun olaraq sizə aid olan fərdi məlumatların toplanmasına və işlənməsinə dair yazılı razılıq vermiş hesab edilirsiniz. Bu razılıq tərəfinizdən saytda müəyyən olunmuş qaydalara uyğun olaraq qeydiyyatınız ləğv edildiyi müddətədək qüvvədədir. Hər hansı şərt və ya qayda ilə razı deyilsinizsə, xahiş edirik veb-saytdan istifadə etməyəsiniz və ya “Fərdi məlumatlar haqqında” Qanunun 7.2-ci maddəsinə uyğun olaraq barənizdə məlumatların toplanılmamasına və işlənilməməsinə dair yazılı etirazınızı bizə təqdim edəsiniz.

Nəzərinizə çatdırırıq ki, bu “Məxfilik Siyasəti” vaxtaşırı olaraq yenilənə və dəyişdirilə bilər. “Məxfilik Siyasəti”nə edilən hər hansı dəyişiklik barədə məlumat veb-saytda yerləşdiriləcək və ya email vasitəsilə sizə göndəriləcək. Hansı məlumatların toplanıldığı, necə istifadə edildiyi və ya hansı şərtlər daxilində aşkarlandığı barədə məlumatlı olmaq üçün bu səhifəni mütəmadi yoxlamaq vəzifəsi sizə aiddir. İstənilən halda, dəyişiklik edilmiş “Məxfilik Siyasəti” dəyişikliklər barədə sizin məlumat əldə edib-etməməyinizdən asılı olmayaraq, sizə münasibətdə tətbiq ediləcək.


İSTEHSALÇILAR

Bizim "BF Home" tərəfindən idarə olunan www.beyazfalez.az internet-mağazada geniş çeşiddə ev üçün məişət texnikası və mətbəx qabları təqdim olunub. Bizim çoxillik təcrübəmiz, istehsalçılar ilə möhkəm və uzunmüddətli əlaqələrimiz var, Türkiyə zavodlarından birbaşa effektiv çatdırılma sistemimiz də mövcuddur. Biz aşağıdaki istehsalçılarla işləyirik:

NehirEvinSaflon

FantomSafinoxFalez

LAVABF HOMEAker

Öncü MutfakCanba


BİZİM MƏHSULLARIMIZ SERTİFİKATLAŞDIRILMIŞDIR


Seçin və sifariş edin!

Telefon nömrəsinə (012) 555 02 88 zəng edib, məlumat almaq yaxud sifariş etmək olar.

online@beyazfalez.az e-mail ünvanımıza yaza bilərsiz.

Sizə xeyirli alış-veriş arzulayırıq!